Bu gün:


Bakıda ərəb idman edərkən öldü

Tarix: 17.08.2022 / 09:44  •   Oxundu: 66 dəfə  •  

Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.
Hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.

Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.