Arvadını evə qaytarmaq üçün oğlunun başını kəsdi - Bakının mərkəzində ŞOK CİNAYƏT
Tarix: 11.04.2022 / 16:43 •
Oxundu: 456 dəfə •
CİNAYƏT İŞİ
Qısa arayış…
2020-ci il avqustun 5-də polisə Bakının Səbail rayonu Şahlar Allahverdiyev küçəsində 2018-ci il təvəllüdlü Ömər Şabanovun boğazının kəsilməsi barədə məlumat daxil olur. Hadisə yerinə gedən polis əməkdaşları dərhal 2 yaşlı uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutunun qəbul şöbəsinə aparıblar. Kəskin qanaxması olan azyaşlı əməliyyat olunub və həyatı xilas edilib.
Hadisənin baş verdiyi ünvana baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb, azyaşlının atası Emil Kaziyev və anası Ayşat Kaziyeva dindirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ömər Şabanovda kəskin xarici və daxili qanitirmə, həmçinin şokla müşayiət olunan boğazın, boyunun, sağ gicgah nahiyəsinin və döş qəfəsinin kəsilmiş yaraları aşkar edilib.
İlkin araşdırmalar zamanı hadisənin azyaşlının doğma atası tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb. Məhkəmənin qərarı ilə 1970-ci il təvəllüdlü Emil Kaziyevin barəsində həbs-qətimkan tədbiri seçilib.
Azyaşlının anası Aysel Şabanovanın istifadəsində olmuş mobil telefona baxış zamanı müəyyən olunub ki, Emil Kaziyev avqustun 5-i saat 14:57-də “Whatsapp” proqramı vasitəsilə Ömər Şabanovun yerdə, qana bulaşmış vəziyyətdə olan fotoşəkili və bir neçə audio yazını ona göndərib. Həmin səs yazısında bir nəfərin yarı-rus, yarı azərbaycanca “bitdi, uşaq oldü” sözləri deyilir.
İDEALMedia.az 2 yaşlı Ömərin boğazının kəsilməsi ilə bağlı cinayət işinin istintaq materiallarını əldə edib:
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Emil Kaziyev Aysel Şabanova ilə qeyri-rəsmi nikah münasibətlərində olub. 2020-ci ildə aralarında yaranmış narazılıq səbəbindən onlar ayrılıblar. Atası uşağı bir neçə günlük saxlamaq üçün götürərək, yaşadığı evə gətirib. O, Aysellə barışmaq məqsədi ilə onunla “WhatsApp”la danışıb. Emil Ayselə Ömər Şabanovu gəlib götürməsini, əks halda uşağı öldürəcəyini bildirib. Qadın “ondan qorxduğunu, gəlsə polislə birlikdə gələcəyini” bildirib. Emil bu sözləri özünə qarşı təhqir kimi qəbul edib və qisas almağı qərarlaşdırıb. Evin dəhlizində bıçaqla azyaşlının boğazını kəsib, ardınca uşağın qan içində şəklini çəkərək, onun ölməsi barədə səs yazısı ilə birlikdə “WhatsApp”la Ayselin mobil telefonuna göndərib. Aysel Şabanova dərhal Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının müdaxiləsi və ixtisaslı tibbi yardım nəticəsində Ömər Şabanovun həyatı xilas olunub.
Emil Kaziyev
Emil ifadəsində bildirib ki, oğlunun boğazını kəsdiyini xatırlamır…
İş üzrə dindirilən Emil Kaziyev bildirib ki, 2006-cı ildə Natalya adlı qadınla ailə həyatı qurub və nikahdan 3 övladları olub. O, müxtəlif tikinti şirkətlərdə usta işləyib:
“2015-ci ildə mağazada satıcı işləyən Aysel Şabanova ilə tanış oldum. Tanışlığımız sevgi münasibətlərinə keçdi və onunla evlənmək qərarına gəldim. Natalya da bunu biləndən sonra uşaqları da götürüb, evdən getdi. Arvadımın evdən çıxıb getməsinə anam narazı idi. Aysellə kirayə tutduğumuz evlərdə, arada isə öz evimdə yaşayırdım. 2018-ci ilin fevral ayında Ömər adlı övladımız dünyaya gəldi. Bir müddətdən sonra aramızdakı narazılığa görə Aysel məndən ayrılaraq Tamilla adlı tanışının evində qaldı. Buna baxmayaraq, arvadım uşağı yanıma gətirirdi və Ömər günlərlə mənimlə qalırdı. Hər dəfə Aysellə görüşəndə ya telefonla danışanda birlikdə ailə kimi yaşamaq istədiyimi təklif etmişəm. Qadın isə daim onu incitməyimi bəhanə gətirərək razılaşmırdı. 2020-ci il avqustun 5-i səhər saat 10 radələrində “Whatsapp”la Aysellə əlaqə saxlayaraq, gəlib uşağı aparmasını istədim. Daha sonra onu qorxuzmaq üçün gəlməyəcəyi təqdirdə, uşağı öldürəcəyimi bildirdim. Çünki həmin gün qadını evə gətizdirməyə qəti qərar vermişdim”.
Aysel Şabanova
İlk dəfə narkotikə görə ayrılıblar...
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Aysel Şabanova ifadəsində göstərib ki, 2019-cu ilin dekabr ayına kimi qeyri-rəsmi əri ilə münasibətləri yaxşı olub. Lakin həmin vaxtdan Emil dostları ilə narkotik istifadə etməyə başlayıb:
“Narkotikin təsirindən özünü qeyri-adekvat aparması nəticəsində münasibətimiz pozulub və mən oğlumu da götürərək, Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasının arxasında yerləşən evdə kirayədə yaşadım. Lakin Emil barışmağa cəhd etdiyi üçün 2020-ci ilin fevral ayından münasibətimiz normallaşıb və axırıncı dəfə yoldaşım övladımı hadisədən 2-3 gün əvvəl evinə aparıb. Avqustun 4-də Emil zəng edib, onu bağışlamağımı xahiş edərək, məni evə çağırdı. Dedi ki, sən Öməri gəlib götürməsən, peşman olacaqsan. Polislə gələcəyimi deyəndə, bildirdi ki mən polisdən qorxmuram, itirəcəyim bir şey yoxdur. Növbəti gün saat 15 radələrində Emil telefonuma oğlumun boğazı kəsilmiş vəziyyətdə şəklini, sonra da uşağın xırıltı səsini göndərib. Həmin vaxt “Neftçilər” metrosu yaxınlığında idim. Dərhal Səbail rayonuna gələrək, 8-ci bölmədə ərimin göndərdiyi fotoşəkili polislərə göstərdim. Bir neçə dəqiqəyə polis əməkdaşları ilə birlikdə hadisə yerinə çatdıq. Polisin tələbi ilə Emilin anası qapının açarını təqdim edəndən sonra evə daxil olduq. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları oğlumu və Emili xəstəxanaya apardılar”.
Şahid qismində dindirilmiş 8-ci Polis Bölməsinin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Ata Atayev ifadəsində göstərib ki, Emil Kaziyevi hadisə günü tanıyıb:
“Həmin gün bölməyə gələn bir qadın, ərinin övladının başını kəsməsi barədə məlumat verdi. Hətta telefonunda olan, özünü və uşağı öldürəcəyi barədə yoldaşının səs yazısını bizə təqdim etdi. Qadını da götürüb növbətçi qrupla hadisə baş verən ünvana getdik. Giriş qapısı bağlı olduğu üçün pəncərədən içəridə otaqda olan Emil Kaziyevdən xahiş etdik ki, qapını açsın. Uşağı görmədik. Bu zaman Emil ülgüclə bədəninin müxtəlif yerlərini doğramağa başladı. Səsə içəridən bir yaşlı qadın gələrək qapını bizə açdı. İçəriyə daxil olduqda otağın döşəməsində Emil Kaziyevi, həmçinin boğazı kəsilmiş azyaşlını gördük. Polislərdən biri yaxınlıqdakı təcili yardım stansiyasına qaçaraq, həkimləri çağırdı”.
İstintaq şahid qismində Emilin keçmiş həyat yoldaşı Natalya Kaziyevanı da dindirib. O, ifadəsində Emil ilə 2005-ci ildə ailə qurduğunu deyib:
“Lakin 10 ildən sonra Emil Aysel adlı qadınla tanış oldu. Onunla qeyri-rəsmi yaşadığı üçün ərimdən ayrıldım. Övladlarımdan kiçik oğlum Emilin anası ilə yaşadığı evdə qaldı, iki övladım isə mənimlə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Uşaq və Qadın sığınacağında yaşayırdıq. Hadisədən sonra bildim ki, Emil Aysellə yola getmədiyi üçün, yaş yarımlıq oğlunun boğazını öz evində kəsib, həmçinin özünə də xəsarətlər yetirib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Kaziyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.