Baxıram, ermənidən, farsdan, fransızdan dönmələr millət vəkillərinin şəkillərini paylaşaraq təhqirlər yazmağa çağırırlar.
Asmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, Qələbə millətimizi necə sevindiribsə, düşmənlərini də o cür azğınlaşdırıb:
“Şəhidlərimiz, qazilərimiz üzərindən yenə də spekulyasiya aparmağa cəhd edirlər. Halbuki dövlətimiz bir-birinin ardınca bu ailələrlə bağlı tədbirləri həyata keçirir, müavinətlər təyin edir, bank borclarını bağlayır, övladlarının təhsil haqqını ödəməkdən azad edir və onlarla bu kimi problemlərini çözməyə çalışır.
Bütün bu prosesi millət vəkilləri də dəstəkləyir, bununla bağlı təkliflər verir və qəhrəman Ordumuzun şəhidlərinə və qazilərinə hər cür yardım edirlər. Ona görə də bütün Azərbaycansevərlərin diqqətli olması vacibdir. Diqqət edin, bütün bu cür təxribatçı paylaşımlar edənlərin, təhqiramiz rəy yazanların səhifələrində erməni simvolları, molla əmmamələri, separatçılıq təzahürləri görəcəksiniz. Bilərəkdən millətin diqqətini başqa istiqamətə yönəltməyə çalışırlar. Etiraf edim ki, xarici qüvvələrin sosial şəbəkə üzərindən Azərbaycan informasiya məkanını yönləndirmə cəhdlərinə qarşı mübarizə bizdə çox zəif aparılır, ixtisaslaşma çox aşağı səviyyədədir və məlum yaramazlar illərdir millətini, dövlətini düşünən, onun maraqlarını qoruyan insanları sürü şəklində rahatlıqla linç etməyi bacarırlar. Bilgisiz, cahil insanlarımızı da bu prosesə qoşmaq çox asanlaşıb. Ancaq unutmayın, bu, ölkəmizin təhlükəsizliyinə yönələn sistemli çalışmalardır və hansısa azərbaycanlı, xüsusilə də Ordumuzun böyük qələbəsindən sonra bu təxribatçılarını əlində alətə çevrilməməlidir”.