Bu gün:


Qubada meşə massivində yanğın başladı

Tarix: 20.08.2022 / 13:10  •   Oxundu: 58 dəfə  •  

Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb.
İDEAL Media.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:
"Yanğının söndürülməsi işləri davam etdirilir".
E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.