Bu gün:


Bakıda YPX avtomobili zəncirvari qəza törətdi

Tarix: 20.08.2022 / 15:09  •   Oxundu: 107 dəfə  •  

Bakıda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil zəncirvari qəza törədib.
İDEAL Media.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Hadisə zamanı YPX-yə məxsus 99-YP-457 dövlət nömrə nişanlı BMV markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 99-OM-551 dövlət nömrə nişanlı KİA markalı maşına, ikinci nəqliyyat vasitəsi isə öz növbəsində 99-GV-173 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilə çırpılıb.
Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Hadisə nəticəsində avtomobillər maddi ziyan dəyib.