Bu gün:


İşğaldan azad olunmuş ərazilərdə ov faəliyyəti olmayacaq

Tarix: 24.08.2022 / 09:33  •   Oxundu: 45 dəfə  •  

İşğaldan azad olunan ərazilərdə ov mövsümün açılması və ya orada ovçuluq fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.
İDEAL Media.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, işğal müddətində orada olan faunaya da böyük mənfi təsir olub:
"Orada ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb".