Bu gün:


Erməni analitik: “Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar”

Tarix: 04.12.2020 / 14:42  •   Oxundu: 86 dəfə  •  

“Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.
Bu barədə Dağlıq Qarabağda erməni “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:
“Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dollaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.
Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.
O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.