Bu gün:


Peskov: “Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib”

Tarix: 04.12.2020 / 15:32  •   Oxundu: 86 dəfə  •  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, digər ölkələr kimi, Rusiyanın da Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib.
“RİA Novosti” xəbər verir ki, o bu ərazinin mənsubiyyətinin uzun müddətdir Təhlükəsizlik Şurasının (BMT) qərarları ilə müəyyənləşdirildiyini qeyd edib:
“Bu ərazinin mənsubiyyəti BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan təyin olunub. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç bir şeyi dəyişməyib. Əslində, heç bir ölkə heç nəyi dəyişməyib”.
“Prezident Vladimir Putin Qarabağın tanınmadığını, hətta Ermənistanın özünün də onu tanımadığını deyib. Prezident Putin bu barədə danışıb”, - deyə Kremlin sözçüsü xatırladıb.