Azərbaycan xalqı yeni müharibəyə başlasın!
Tarix: 04.12.2020 / 15:41 •
Oxundu: 155 dəfə •
Ordumuz 44 günlük Vətən müharibəsində tam qələbə qazandı, indi qalır diplomatiyamızın və xalqımızın qələbə qazanması.
Diplomatiyamızın necə qələbə qazanacağını başda oturanlarımız yaxşı bilir, indi növbə xalqımızın qələbəsini təmin etməkdir. Bu işdə təkcə media yox, xarici dil bilgisi olan hər kəs iştirak etməlidir.
Hazırda demək olar ki, hər kəsin sosial şəbəkə hesabı var və bu hesablar da ayrı-ayrılıqda kiçik bir media orqanı, mini telekanaldır. Biz əlimizdə olan bu üstünlükdən istifadə etməliyik.
Necə və nə məqsədlə?
Ermənilər və bizə düşmən kəsilən bəzi ölkələrin media orqanları Ordumuzla bağlı saxta təbliğatlara əl atırlar. Deyirlər, guya Azərbaycan tərəfdən suriyalılar, hansısa terror mənsubları döyüşüb. Ən yaxşı halda yazırlar ki, müharibədə Türkiyə türkləri iştirak ediblər.
İstənilən halda bu, Ordumuzun, ölkəmizin gücünü kiçiltmək üçün atılmış addımlardır. Ermənilər məğlubiyyət şoku yaşamış xalqını inandırmağa çalışır ki, guya onlar Azərbaycana yox, 8 dövlətə məğlub olublar. Guya Azərbaycan tərəfindən narkotik maddə qəbul etmiş zombilər döyüşüb.
Gülməlidir deyilmi? Amma unutmayın ki, bu qansız tayfa illərdir dünyanı öz gülməli yalanlarına xüsusi ustalıqla inandıra bilib. Əgər cəld tərpənməsək, “suriyalı terrorçular” yalanına da inandıracaqlar.
Biz ermənilərin düşüncəsində “məğlubedilməz xalq” mifini tam qırmaq üçün fəaliyyətə başlamalıyıq.
Necə? Çox asan.
Biz müharibədə iştirak edən qəhrəmanlarımızın döyüş yolunu, qəhrəmanlıqlarını xarici (xüsusən rus, ingilis, erməni) dillərə tərcümə edib yaymaqla həm düşmənin saxta təbliğatının qarşısı alarıq, həm də onun “məğlubedilməzlik” mifini tam dağıdarıq.
Ermənistan rəhbərliyi, mediası erməni xalqını aldadıb sınmış qürurunu bərpa etməyə çalışır. Buna imkan vermək olmaz. Ermənilərə başa salmaq lazımdır ki, başqasının torpağına göz diksən, əsl məğlubedilməzin kim olduğunu görəcəksən. 44 gün ərzində gördüyün kimi...
Biz vaxt itirmədən hərbçilərimizin misilsiz qəhrəmanlıqları haqqında məlumatları rus, erməni dillərinə tərcümə edib sosial şəbəkənin erməni, rus seqmentində yaymalıyıq. Mümkünsə, bu qəhrəmanlıqları xarici media orqanlarında dərc etməliyik.
Ermənilər 90-cı illərdə taylülə ov tüfəngi ilə döyüşən Azərbaycan Ordusuna sovet ordusundan götürdükləri ağır texnika və havadarlarının dəstəyi ilə qalib gəlmişdi. Ancaq o kiçik və müvəqqəti qələbədən böyük bir mif yaratdılar. Bizim isə mifə ehtiyacımız yoxdur. Ordumuzda minlərlə Mübariz var. Bizə düşən tək iş onların qəhrəmanlıqlarını təbliğ etmək, düşmənə, saxta təbliğat maşınlarına nümayiş etdirməkdir. Bu həm də həmin qəhrəmanlarımızın, şəhidlərin xatirəsinə hörmət, ailələrinə böyük təskinlik olacaq.
Artıq Vətən müharibəsinin yeni – təbliğat mərhələsi başlayıb. Bu mərhələdə 50 milyonluq Azərbaycan xalqının hər bir üzvü əsgərdir. Əsgər olaraq bu savaşda iştirak etməyimiz həm vacibdir, həm də mənəvi borcumuzdur.
2783 şəhidimizi böyük hörmət, fəxarət və sevgi ilə anıram.