NAZİM İDEAL: HƏRDƏN ALBATROSADA OXŞADIN ÖZÜNÜZÜ...
Tarix: 20.09.2022 / 21:00 •
Oxundu: 125 dəfə •
Qanunların,Dövlətçilik İdeallarının, Dəyərlərin köləliyə salındığı, alqı-satqı predmetinə çevrildiyi bir ölkədə namuslu İnsanların ən abırlı yeri həbsxanadır.
Artıq həbsxanalarda da tıxacdır.2 nəfərlik kamerada 8 nəfər, 1.000 nəfərlik zonda 3.000 nəfər məhkum hava uğrunda mücadilə aparır.
Hər kəs bilsin ki, ramiz mehdiyevin boyuna biçdiyimiz mənfur ideologiya, məkirli qarayaxmalar bu gündə aktualdır və keçərlidir.
Meğrili Ədişin (Ədalət Vəliyev) sayəsində 3-cü ildir ki, hər ay poçt daşımalarına "humanitar yardımlar" etməkdəyik.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun sayəsində milli qanunların diz üstündə çökdürülüb hüquq axtarışında iməklədiyinə illərdir ki, şahidlik edirik.
Heç bir mübaliğəyə yol vermədən bilinsin ki, dövlət qanunlarla deyil, dövlət aparatında kök salmış mafioz qüvvələrin despot debilliklərilə yuvarlanır.
Prezidentin sərəncamları, tezisləri, mövqe çıxışları tragikazus məziyyətdə bürokratik sobataj kayotasının sərinişininə çevrilmişdir.
Azərbaycan Ədliyyəsi "ölü dirildən", saxta etibarnamələr yazan mürdəşirlərin nəzir qutusuna çevrilmişdir.
İDEAL Partiyasının qeydiyyata alınmaması konsentrikt dairələrin öhdəliyinə çevrilib.
Bu ölkədə indiki məqamda yalnız və yalnız satmağa-itirməyə heç nəyi qalmayanlara kart-blanş verilir,sevilir,sevdirilir.
Ölülər dirilərə, qəhbələr düzgün həyat yaşayanlara, rüşvətxor-korrupsionerlər rüşvət almağı özünə təhqir hesab edənlərə "nümunə" göstərilir,başa keçirilib, bəlaya çevrilirlər...
İDEAL Partiyasının qeydiyyata alınmaması məqsədilə hökumət adından Mehman Soltanov dövriyəyə buraxılıb.
28-ci cavab məktubudur ki, eyni məzmunlu cavabla cavablandırılıram.
Görünəni budur ki, bunlar öz şəlpə qulaqlarını Avropalıların əlinə verməkdən məmnundurlar.
Olsun.Onların arzularını ürəklərində qoyan deyiləm.
Məni düşündürən və qayğılandıran bilirsinizmi nədir?
Nəyə görə mövcud rejimin başı boş hüdudsuzları onları layiq olmadıqları posta bağlayan Prezident İlham Əliyevi yalançı çıxarmaqda bu qədər maraqlıdırlar?
Prezident İlham Əliyev dəfələrlə mötəbər tribunalardan bəyan etmişdir ki, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və Partiya qeydiyyatı ilə bağlı heç bir məhdudiyyət yoxdur!?
Əvvəllər şüurlu həyat yaşayan hər kəs bilirdiki ramiz mehdiyev və onun sutener komandası nəyin bahasına olursa-olsun ölkədə əxlaqsız və oğraş ordusunun formalaşmasına milyonlar ayırır və ölkənin aydınlarını şərlədərək həbsxanalara doldururdular ki, Azərbaycanın sabahı qanqalla açılıb,gicitkanla bitsin...
Bu gün kimdir həmin yaramaz-üzdəniraq siyasətin novatoru?
Bütün kriteriyalar üzrə əskiyimdən də əksiksiniz.
Mənəviyyatsız keçmişiniz və bu gününüz Dubay fahişəliyini simvolizə edir.
Sizin qeydə aldığınız və davar kimi otardığınız partiyasız başlarla nə fərqiniz var ki???
Gah dəvəquşu, gah da touz quşu olursuz....
Hərdən albatrosada oxşadın özünüzü...
İnanan olmasa da müzakirə edən tapılacaq.




