Ana və iki övladını kim qətlə yetirib? - Direktor özünü təqsirli bilmədi
Tarix: 21.09.2022 / 20:51 •
Oxundu: 102 dəfə •
Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qətl baş verən evdə olub. O deyib ki, həmin evə pul məsələsi ilə bağlı gedib, sonra evi tərk edib.
O, qətli törətmədiyini deyib. Bildirib ki, bu qətldən xəbəri olmayıb. Əhəd Əliyevin sözlərinə görə, qətlin kimin tərəfindən törədildiyini bilmir.