ŞƏHİD ANASI MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 26.09.2022 / 13:18 •
Oxundu: 447 dəfə •
Daşkəsən rayonu yuxarı Daşkəsən qəsəbə sakini Şəhid Möhlət Abbasovun Anası Cəfərova Qönçə Musa qızı keçmiş həyat yoldaşı, Tovuz rayonu yuxarı Öysüzlü kənd sakini Abbasov Eldəniz Həsən oğlu tərəfindən məhkəməyə verilib. İddia tələbi imtina etdiyi Şəhid adına verilmiş müavinatın yenidən tələb etməsidir.
Qönçə Cəfərovanın İDEAL-a verdiyi məlumata əsasən, keçmiş həyat yoldaşının sözündən imtina etməsinin səbəbi onun Daşkəsən İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyev və onun iradəsinin icraçıları barədə sosial mediada etdiyi haqlı tənqidlərlə əlaqədardır.
12 oktyabr 2022 –ci ilə təyin edilmiş məhkəmənin hazırlıq iclası ilə bağlı Qönçə Cəfərova və oğlu Eltac Abbasov Daşkəsən rayon məhkəməsinə etiraz məktubu ünvanlamışlar.
Mövzu diqqətimizdədir.
Polad Musayev
