Bu gün:


Rusiya müdafiə nazirinin qızı federasiya prezidenti seçildi

Tarix: 05.12.2020 / 15:10  •   Oxundu: 137 dəfə  •  

Rusiya Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.
Bu vəzifəyə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu seçilib.
Yeni təyinat federasiyanın bugünkü hesabat-seçki konfransı zamanı baş tutub.
Qeyd edək ki, daha əvvəl triatlon federasiyasına Pyotr İvanov başçılıq edirdi. O, noyabrın 30-dan Ümumrusiya Yüngül Atletika federasiyasının rəhbəri vəzifəsində çalışır.