Bu gün:


Mais Bərxudarov Əliyar Əliyevin məzarı önündə

Tarix: 03.10.2022 / 18:09  •   Oxundu: 189 dəfə  •  

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhadətə ucalmasından 30 il ötür.
Bu münasibətlə şəhid Milli Qəhrəmanımız dəfn olunduğu Qubadlıda anılıb.
28 illik işğal dövründən sonra erməni işğalçı qüvvələri tərəfindən dağıdılan məzarı bərpa olunan Ə.Əliyevin məzarı başına onun keçmiş döyüşçü dostları, tələbələri toplaşıb.
Anım mərasiminə qatılanlar arasında Azərbaycan Ordusunun generalı Mais Bərxudarov da olub.