Bu gün:


Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb

Tarix: 05.12.2020 / 15:27  •   Oxundu: 116 dəfə  •  

Hollivud aktyoru Tom Kruz “Mission: Impossible” franşizasının son hissələrindən birində çəkiliş aparmaq üçün kosmosa uçmağı planlaşdırır.
Bu barədə “The Sun” öz mənbəsinə istinadla xəbər yayıb.
Aktyorun planının icrası üçün külli miqdarda pul xərcləməyə hazır olduğu və bu barədə artıq NASA nümayəndələri ilə danışıqlar apardığı qeyd olunur.
Onlar da öz növbəsində Kruzu bu missiyanın olduqca mümkün olduğuna inandırıblar.
Xatırladaq ki, may ayında milyarder Elon Maskın “SpaceX” şirkəti bir ilk edərək, kosmosda Tom Kruzun iştirakı ilə film çəkməyi planlaşdırdığını açıqlamışdı. Layihədə NASA-nın da iştirakı vurğulanmışdı.