Bu gün:


TOFİQ YAQUBLUYA 4 İL 6 AY HƏBS CƏZASI İSTƏNİLDİ...

Tarix: 01.09.2020 / 19:49  •   Oxundu: 131 dəfə  •  


Bu gün dövlət ittihamçısı Qarabağ Qazisi, Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib. 
Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə siyasi fəalın məhkəməsi davam etdirilir.  
Tofiq Yaqublu martın 22-dən həbsdədir. 
Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 
İddia olunur ki, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib. 
Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı“nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”