Bu gün:


Qadın 5 yaşlı qızın sırğasını dartıb qopardı

Tarix: 07.10.2022 / 15:48  •   Oxundu: 65 dəfə  •  

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib.
İDEALMedia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də şəhərin 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.