Bu gün:


Ukraynada rusiyalı müğənnilərə və mahnılarına qadağa qoyuldu

Tarix: 07.10.2022 / 16:14  •   Oxundu: 58 dəfə  •  

Ukraynaya rusiyalı müğənnilərin qastrolu oktyabrın 7-dən etibarən qadağan edilir.
İDEALMedia.az xəbər verir ki, bu barədə "milli musiqilərin dəstəklənməsi və təcavüzkar dövlətin musiqi məhsulunun ictimai istifadəsinin məhdudlaşdırılması” haqqında sənədə edilən dəyişiklikdə deyilir.
Qadağa, ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş müğənnilərin rusca mahnılarının səsləndirilməsinə şamil edilir.
Həmçinin, ictimai nəqliyyatda və taksilərdə rus musiqisini səsləndirmək qadağandır.