Bu gün:


Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi

Tarix: 17.10.2022 / 16:15  •   Oxundu: 99 dəfə  •  

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib.
 
İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.
 
Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.
 
Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə təmsil edib.