Bu gün:


SƏMRA RƏHİMLİ BEYNƏLXALQ YARIŞMADA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK

Tarix: 24.04.2021 / 18:15  •   Oxundu: 127 dəfə  •  

Müğənni Səmra Rəhimli müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə prezidenti Rusiyanın Xalq Artisti İqor Krutoy olan beynəlxalq layihədə iştirak edəcək.

Avqustun 25-də Soçidə keçiriləcək "Yeni dalğa" beynəlxalq yarışmasına Avstraliya, Belarusiya, Gürcüstan, İtaliya, Ermənistan, Qazaxıstan, Hollandiya, İspaniya, Bolqarıstan, Serbiya, Rusiya da daxil olmaqla 14 ölkədən ifaçılar qatılacaq.

"Yeni Dalğa" gənc pop müğənnilərinin hər il keçirilən beynəlxalq müsabiqəsidir.

Azərbaycanlı cazibədar müğənni Səmra Rəhimli də bu yarışmada iştirak edəcək. Gənc müğənni daha əvvəl "Azərbaycanın səsi" milli vokal müsabiqəsində iştirak edərək şöhrət qazanıb, sonra isə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.