Bu gün:


Xərçəngə tutulan Aygün Bəylərin vəziyyəti necədir?

Tarix: 18.10.2022 / 16:23  •   Oxundu: 71 dəfə  •  

Xərçəng xəstəliyi ilə mübarizə aparan Aygün Bəylər Türkiyədən qayıdıb.
"İDEALMedia.az" xəbər verir ki, teleqraf.com-a danışan ifaçının köməkçisi hazırda onun səhhətinin yaxşı olduğunu bildirib:
"Türkiyədən gəldik, şükür Allaha, səhhəti yaxşıdır. Həkimlər dedilər ki, hər şey qaydasındadır. Oktyabrın 9-da gedib, 12-də isə qayıtdıq. Aygün xanım özünü yaxşı hiss edir, hətta tədbirlərə də qatılır".
Qeyd edək ki, bir müddət əvvəl müğənnidə 4-cü dərəcəli ağır xəstəlik aşkarlanıb.