Bu gün:


Nikoldan müharibə səbəbi daha bir həyasız bəyanat

Tarix: 18.10.2022 / 21:45  •   Oxundu: 83 dəfə  •  

10 noyabr 2020-ci il bəyanatında yalnız bir - Laçın dəhlizi haqda qeyd var.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan öz Tvitter səhifəsində yazıb.
“10 noyabr tarixli üçtərəfli bəyanatda Ermənistan ərazisinə aid hansısa “dəhliz” haqqında bir qeyd tapa bilərsinizmi? Əlbəttə ki, yox! 10 noyabr üçtərəfli bəyanatında “dəhliz”dən bəhs edilirmi? Bəli və bu, Laçın dəhlizidir, Dağlıq Qarabağda yerləşir (? – red.). Bu, yeganə variantdır”, - Paşinyan yazıb.
Paşinyan həm də qeyd edib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazırdır:
“Aşağıdakı tvit və ona verilən reaksiya sübut edir ki, heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda ittiham edə bilməz. Bir daha bildirirəm ki, biz öhdəliklərimizi yerinə yetirmək üçün 3 nəzarət-buraxılış məntəqəsi açmağa, eləcə də regionun hərtərəfli blokadadan çıxarılmasından yaranan imkanlardan istifadə etməyə hazırıq”, - Paşinyan yazıb.
Dərhal əlavə edək ki, bu, Nikol Paşinyanın növbəti dəfə və həyasızcasına, 10 noyabr bəyanatındakı ifadələrdən “hərfi mənada” sui-istifadə etməklə öhdəlikdən boyun qaçırmasının sübutudur.
Əvvəla, Laçın dəhlizi “Dağlıq Qarabağda” yerləşmir, Laçın dəhlizi Azərbaycan ərazisindən keçir və keçmiş, artıq dəfn olunmuş muxtar vilayətin ərazisinə gedir. Hazırda o muxtar vilayət yoxdur, de-yure 30 il öncə ləğv edilmişdi, de-fakto Ordumuz 2020-ci ildə buna son qoydu.
Laçın dəhlizinin “Dağlıq Qarabağda yerləşdiyi” qədər bir yalanı uydurmaq və bunu öz səhifəsindən yaymaq üçün yalnız erməni olmaq lazımdır.
İkincisi, 10 noyabr bəyanatının 6-cı bəndində dəhliz haqda deyilir:
- Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
10 noyabr bəyanatının 9-cu bəndində isə bildirilir:
- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
6-cı bəndə Laçın dəhlizinin təhlükəsizliyinə Azərbaycan, 9-cu bənddə “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyatın təhlükəsizliyinə” Ermənistan zəmanət verir; 6-cı bəndə əsasən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında fəaliyyət göstərir, 9-cu bəndə əsasən isə “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında” yola Rusiya Sərhəd Xidməti nəzarət edir.
9-cu bənddə aydın şəkildə göstərilir: “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Paşinyan “3 sərhəd məntəqəsi açdığını” bildirərək, Rusiya Sərhəd Xidmətinin nəzarətində təhlükəsiz yolu təmin etmək və yeni nəqliyyat kommunikasiyalarının tikilməsindən həyasızcasına imtina edir.
Paşinyan 10 noyabr bəyanatının 4-cü bəndinə - “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” – indiyə qədər əməl etməyib.
“Biz öhdəliyi yerinə yetirməyə hazırıq” deyən Paşinyan ənənəvi olaraq erməni yalanı danışır, hiylə işlədir, aldadır, beynəlxalq öhdəliyini (10 noyabr bəyanatı beynəlxalq sazişdir və Rusiya zəmanətçidir) yerinə yetirməkdən yayınmaq üçün faktları göz-görəsi danaraq həyasızlıq edir.
İki il müddətində üzərinə götürdüyü öhdəliklərin əhəmiyyətli hissəsini yerinə yetirməməklə Paşinyan faktiki olaraq müharibə səbəbi yaradır və bunu çox gözəl anlayır: Buna görə də sərhədə artilleriya daşıyır, əlavə canlı qüvvə göndərir, işlənmiş maşın təkərlərindən ibarət “qalalar” düzəldir, digər tərəfdən isə bütün dünyaya “Azərbaycan təxribata hazırlaşır” deyə bağırır.
Paşinyan hansı oyun oynadığını, bu oyunun birbaşa müharibə çağırışı olduğunu yaxşı bilir: buna görə də bir tərəfdən müharibəyə hazırlaşır, digər tərəfdən isə dünyaya “qoymayın, Azərbaycan təxribat törədəcək” deyə şüvənlik salır.
Əsl erməni əxlaqsızlığıdır: bu əxlaqsız siyasət hansısa sülhə imkan vermir; bu millətin sözünə, vədinə inanmaq, Ermənistan rəhbərliyinin imzasına hörmət gözləmək mənasızdır. Bu gün Rusiyanın qarşısında öhdəlik götürüb - Rusiya öhdəlikləri yerinə yetirməyi İrəvandan tələb edirsə, Korotçenkonun sözləri ilə desək, dərhal Kremlin altından çıxıb, Fransanın altına uzanır; Sabah Fransanın iştirakı ilə saziş imzalanacaqsa, o sazişdə də özünə “sərf etməyən” məqamlardan qaçacaq və bu dəfə Ermənistanı qoca Pelosinin ayağına sərəcək.
Paşinyanlar üçün Ermənistan dövlətinin öhdəliyi, şərəfi, ləyaqəti anlayışı yoxdur və belə “dövlət xadimləri” region üçün həddən artıq təhlükəlidir.
Paşinyan növbəti savaş istəyir, bu dəfə BMT-də, ATƏT-də, AB-də, AŞPA-da artıq informasiya hazırlığını da görüb: “Azərbaycan Ermənistanın ərazisini işğal edir” şərləməsi ilə kifayət qədər təbliğat aparılıb, bu istiqamətdə prosesi də davam etdirir, AB missiyasını da gətirib ki, öhdəliklərindən imtinanın nəticəsində başına dəyə biləcək yumruğu hamı görsün və Azərbaycanı qınasın!