Bu gün:


Müxalifət Paşinyana istefa üçün vaxt qoydu

Tarix: 05.12.2020 / 21:38  •   Oxundu: 81 dəfə  •  

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Müxalifət Paşinyan və komandasının 8 dekabr günorta saatlarına qədər istefasını tələb edib.
Sözügedən müddətdə istefa qərarı verilməyəcəyi təqdirdə müxalifət etiraz aksiyalarını genişləndirəcəyini açıqlayıb.