Bu gün:


İrəvan xaos içində: Paşinyanın istefası tələb edilir

Tarix: 12.11.2020 / 13:16  •   Oxundu: 194 dəfə  •  

İrəvanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir. Erməni müxalifəti Paşinyana ultimatum verib.
Asmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz gecəyarısına qədər gözləyəcəyik, əgər istefa olmasa, mətbuat konfransı keçirəcək və gələcək addımlarımızı bəyan edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.