DÖVLƏT VƏSAİTİNİN HƏDİYYƏ OLUNDUĞU MÜLK
Tarix: 01.09.2020 / 20:01 •
Oxundu: 183 dəfə •
Gənclərin toyunu vaya,atalarına həbsxana yaşadan cəza aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı dövlət adına rüsvayçılıq səhnəsi hər gün açığa vurur.
Məlum olur ki, PA rəhbəri olduğu zaman R. Mehdiyevə “hədiyyə” adı ilə - əslində isə rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.
Belə ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.
Bu haqda saytımıza məlumat verən şəxs bildirir ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir.
Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb.
Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.
400 kvadratmetrlik mənzilin ən xırda detallarına qədər məhz dizaynda nəzərdə tutulduğu kimi təmir olunduğu, mebellərlə təchiz edildiyi bildirilir.