Bu gün:


Şəhidin qan pulunu yedilər...

Tarix: 27.10.2022 / 16:20  •   Oxundu: 127 dəfə  •  

İDEAL Media.az xəbər edir ki, Sənan Əhmədovun 2022-ci il 12 sentyabr Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş qardaşı Səbuhi Əhmədov üçün ayrılmış "qan pulu" Sənan Əhmədovun kartından oğurlanmışdır. 
Qeyd edilən məlumata görə, kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb.

Qeyd edək ki, Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və "SOS" Uşaq Evində böyüyüblər.

Şəhidimizə rəhmət qardaşına səbr diləyirik!