Bu gün:


Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlanıb

Tarix: 11.05.2022 / 11:56  •   Oxundu: 99 dəfə  •  

Ötən il ölkədə 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib ki, onlardan hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb.
 
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
 
Qeyd olunub ki, övladlığa götürülən uşaqlardan 26 uşaq müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında övladlığa götürülənlərdir.
 
Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan 1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.