Bu gün:


Paşinyan Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirib

Tarix: 29.10.2022 / 13:22  •   Oxundu: 143 dəfə  •  

Paşinyan bildirib ki, Soçidə liderlərin görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 10 və ya 15 il müddətinə uzadılması barədə sənədi imzalamağa hazırdır.

"Biz heç kimə Ermənistan Respublikasının ərazisindən dəhliz verməyəcəyik. Bu, prinsipial və dönməz mövqedir" və həmçinin Paşinyan qeyd edib ki, bu barədə təkbaşına qərar qəbul edə bilməz, çünki qərar qəbuletmə formatı üçtərəflidir.

Xatırladaq ki, oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.
“Görüşün özünü gözləmək lazımdır” - deyə Peskov sözügedən məsələ ilə bağlı sualı cavablandırarkən deyib.