Bu gün:


RABİTƏSİZ XALQIN TEXNOLOJİ NAZİRİ...

Tarix: 01.09.2020 / 20:04  •   Oxundu: 165 dəfə  •  


Milli Təhlükə Nazirliyinin vassal qurumu olaraq  de-şifre edilmiş Rabitə və "yüksək texnologiyalar" nazirliyinin bir sıra vəzifəli şəxsləri məsuliyyətə cəlb olunub həbs edilsədə proseslərin əsas moderatorları köstəbəyin direktivləri,Əli Həsənovun   "AM" şurasının təqdimatı ilə törətmiş olduqları kriminallardan  "qəhrəman" kimi  təqdim edilib, ödülləndirildilər!?
Yenidən qurulması gözlənilən nazirlik Nəqliyyatlada yüklü edilib, Xalqa xidmət fəlsəfəsində inqilabi dəyişikliklərin ediləcəyinə böyük ümidlər vəd edilsədə, hazır ki, mənzərə İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarına zombi-despotizmdən başqa bir nümunə hələdə təqdim edə bilməmişdir!
Bakı şəhəri,Nəsimi rayon 28 may küçəsi,11-14 saylı binanın bir qrup sakininin İDEAL redaksiyasına etdikləri ŞİKAYƏT-dən görünür ki,hər hansı kiçik bir problemin həlli üçün qanunla nəzərdə tutulmuş qaydada nəyə isə nail olmaq mümkünsüzdür.
Çünki sistemə soxuşdurulmuş "kadrlar" sabotajlardan başqa heç bir anlayışları yoxdur!
Vətəndaş Ə.Əliyev 4 gündür ki,internetlə bağlı yaranmış problemin həlli üçün Xətai telefon qovşağından başlamış Nazir Ramin Quluzadənin köməkçiləri-məsləhətçiləri-rəisləri ilə aparılan telefon danışıqları heç bir nəticə vermir !
5 MB üçün ödənilən pul, 2 MB  "surətində"  donur.
Yeni adlar,kabinetlər,katibələr,kostuyumlar,evlər,maşınlar almaq və dəyişməyin dövlətçiliklə,idarəçiliklə,vətəndaş məmnunluğu ilə heç bir əlaqəsi yoxdir !
Prezidentin  "Mən Xalqın Xidmətçisiyəm" tezisi bu sistemdə hələdə anlaşılmayıb !?
Şikayətlər silsiləsini təqdim edəcəyik.
Qönçə