Bu gün:


Sülh müqaviləsi üçün şərait yaradılıb

Tarix: 05.11.2022 / 11:44  •   Oxundu: 86 dəfə  •  

“Bu gün Qarabağ və Şərqi-Zəngəzur özünün yeni dövrünü yaşayır. Məcburi köçkünlər öz torpaqlarına qayıdır”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın qazandığı qələbə tarixə düşüb: “Cənab Prezident və hörmətli birinci xanım vaxtaşırı həmin torpaqlara səfər edir. Eyni zamanda Azərbaycan tərəfindən sülh müqaviləsi üçün şərait yaradılıb. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirərsə, yaxın zamanda sülh müqaviləsi bağlana bilər. Qarabağ öz tarixi dövrünü yaşayır. Bərpa işləri görür, yeni hava limanları tikilir”.