Bu gün:


Zəfərimizin 2 ili...

Tarix: 07.11.2022 / 11:26  •   Oxundu: 63 dəfə  •  

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə hərb tarixində yeni bir səhifə açdı. 30 il işğal altında qalmış Qarabağın cəmi 44 günə azad edilməsi dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən möcüzə kimi qiymətləndirilir. Xüsusilə də Azərbaycan xüsusi təyinatlılarının sıldırım qayaları aşaraq əlbəyaxa döyüşlərlə Şuşanı işğalçılardan təmizləməsi hələ də beynəxalq müstəvidə müzakirə mövzusu olaraq qalır.