Bu gün:


Türkiyədən Qarabağ açıqlaması: Minalar

Tarix: 06.12.2020 / 15:27  •   Oxundu: 49 dəfə  •  

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ən qısa müddətdə fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.
Asmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Nadidə Şəbnəm Aktop deyib.
O bildirib ki, işğaldan azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ərazini minalardan təmizləyir:
“Eyni zamanda, bununla bağlı təlimlər də keçilir. Həm kədərdə, həm də şad günlərdə bərabər olduğumuz, can qardaşlarımız Azərbaycan türkünün haqlı davasında bütün imkanlarımızla yanındayıq”.