Bu gün:


DÖVLƏTİMİZİN OLİQARXA GÜCÜ ÇATACAQMI?

Tarix: 15.11.2022 / 12:41  •   Oxundu: 196 dəfə  •  

Abşeron rayonu 2-ci savxoz ərazisində vətəndaşa məxsus  Kənd Təsərrüfatı təyinatlı ərazidən oğurluq hadisəsi baş vermişdir. İstintaq hərəkətləri Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi və Prokurorluq Orqanları tərəfindən araşdırıldığı bildirilir. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi Baş İstintaq və Tətqiqat İdarəsinin Rəis Müavinləri Anar Mirhəşimov və Emin Məmmədov faktı təsdiq etmə barədə zərərçəkmiş şəxsə cavab məktubu göndərmişdir. 

Əldə etdiyimiz məlumata görə oğurlanan əşyalar aşağıdakılardır:

1. Böyük darvaza –  1500 manat

2. 8 ədəd plastik pencərə- Hər binin qiyməti 200 manat

3. Qapı 5 ədəd – Hər birinin qiyməti 110 manat

4. Mişar daşı -1000 ədəd

5. Su çəni 10 tonluq -1 ədəd

6. Transformator -1 ədəd

7. Sement- 50 kisə

8. Yükdaşıma arabası -2 ədəd

9. Narın qara qum -2 maşın

 Qeyd edək ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsi qunşuluqda yerləşən “Omar” atçılıq klubunun ərazisində aşkarlanmış və bunula bağlı təhqiqat Oraqanlarına yerindəcə göstərilmişdir. 

Araşdırma predmentlərindən biri də  “Omar” atcılıq klubunun prezidenti Natiq Zeynalovun həmin ərazidə torpaq sahəsi olan vətəndaşların yollarını bağlaması ilə bağlıdır. 

Qeyd edək ki, Natiq Zeynalov keçmiş Baş Nazir Novruz Məmmədovun simsarıdır, keçmiş polis əməkdaşıdır, əvvəllər AMAY ticarət mərkəzinin ortaqlarından olmuş və hazırda hakimiyyətin yuxarı dairələrində uzun müddətə kök salmış oliqarxlarla ortaq olduğu bildirilir və eyni zamanda Abşeron rayon 2-ci sovxoz, Məhəmməli qəsəbəsi ərazisində qohumlarının adına sənədləşdirdiyi 150 hektardan artıq torpaq sahəsi mövcuddur. Omar atcılıq klubu təkcə atlardan ibarət deyil, müxtəlif cinsdən olan heyvanlardan və geniş restoran şəbəkəsindən ibarətdir.

Analoqu olmayan imtiyazlardan biri isə budur ki, Natiq Zeynalov Bakı kəndlərinin bir zamanlar yayda çimərlik kimi istifadə etdiyi böyük gölü hasarlamış və içərisində bar-restoran şəbəkəsini yaratmışdır. Bütün bu kimi yaşıl işığın yaranmasında başlıca səbəb regionçuluq amilinin və həmin məkana əylənmək üçün gələn iribuynuzlu korrupsionerlərə edilən xidmətlərlə bağlı olduğu bildirilir.

Mövzu diqqətimizdədir.

Polad Musayev