Bu gün:


İstanbuldakı terrorun sifarişi Menbiçdən gəlib - Soylu

Tarix: 18.11.2022 / 15:08  •   Oxundu: 56 dəfə  •  

İstanbul və Mersindəki teraktların göstərişi Suriyanın Menbiç şəhərindən gəlib.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Təlimatların gəldiyi yer eynidir, terrorçuların hamısı Menbiçdən gəlib. İstiqlal prospektindəki hücum PKK-nın əvvəllər həyata keçirdiyi mülki insanların qətliamlarındandır. Hücumun arxasındakı qurumları bir-bir deşifrə edirik. Qəndil, Zap, Avaşin-Basyan təmizlənənə qədər terrorla mübarizəni davam etdirəcəyik”, - Soylu bildirib.