NAZİM BƏYİN AZADLIĞI ÇOXLARINI QORXUDUR.
Tarix: 27.11.2022 / 19:49 •
Oxundu: 255 dəfə •
Azərbaycanı bölgələr ayırmağı sevmirəm, lakin Qarabağın adı gələndə bir titrəyiş keçir vicudumdan, həsrətəm dədə-baba yurduma.
Haqqında danışacağım şəxs dağlar oğlu Nazim Quliyevdir.
Biz həmyerliyik. İkimiz də Qarabağlıyıq - mən Şuşalı, o isə Qubadlıdandır.
Düzdü mən şəhərdə böyüsəm də, yalnız yay vaxtları dədə-baba yurdumda o gözəl guşələrdə tətil keçirəndə, Nazim bəy tələbəlik illərinə kimi vətənin səfalı guşələrində yaşayıb, özünəməxsus tərzdə böyümüşdü.
Əslində mən jurnalistikanı, yazmağı, düşüncələri qələmə almağı sevən birisi deyiləm, lakin Nazim bəyin yazılarını oxuyanda, onları anlayıb, fikirlərini dərk edəndə bunların necə mənalı olduğunu, öz düşüncələrimi əqli-şüuru olan, dürüst insanlara necə çatdıracağımın mümkün olduğunu dərk etməyə, bu işi sevməyə başladım.
Bir sözlə onun pərəstişkarına, fanatına çevrildim.
Onu hər bir ədalətli, haqq sözünü sevən, dərk edən ləyaqətli insanlar üçün bir örnək, bir simvol saymaq olar.
Bəzən yazıları sərt olsa da belə orada yalnız haqq, ədalət, düzgünlük, dürüstlük, xalqa, millətə, torpağa sevgi əks olunur.
Gənc yaşlarından milli orduda vuruşan, qəlpələri bu günə kimi başında, canında daşıyan təkcə jurnalistdən yox, mərd oğuldan, Qarabağ qazisindən söhbət gedir.
Hər kəsə bəllidir ki, (bilməyənlər də bilsin) o jurnalistikaya tək, arxa-dayaqsız, bircə qələmi ilə başladı.
Qazandığı hörmət, izzət, şan-şöhrət yalnız öz ağlı, düşüncəsi, dərrakəsi sayəsində əldə edildi. Bunu tam əminliklə deyə bilərəm.
Bəzi yaltaq-yalaqlar kimi, küləyin tələb olunan istiqamətinə əsənlər kimi yox, mərd-mərdanə etdi etdiklərini.....
Əgər bizim millətin, xalqın bəziləri (sözsüz ki hər kəsə şamil edilmir, amma təəssüf ki, əksəriyyət belədir) dürüstlüyə dəyər verib, paxıllıq hissindən, xislətindən uzaq olsaydı... bu günkü gün Nazim bəy və onun kimi humanist mərd oğullar gözəl, millətinə xeyir verə biləcək illərini nəzərdən yox olaraq həbsxanalarda girovluqda keçirməzdilər.
Düzü, bir qədər araşdırmalardan sonra dəqiq deyə bilərəm ki, jurnalistika sahəsində yeganə insan Nazim bəy oldu ki, ona arxa duran, dürüst vəkillik edən, haqq-ədalətli mövqedən çıxış edən olmadı və onun qədər də cəza çəkən olmadı.
Rəhmətlik İsaxan müəllim Aşurovdan savayı.
Hətta mən adını çəkmək istəmədiyim bir qeyri-hökumət təşkilatının rəhbəri ilə əlaqə saxladım (həmin şəxs Nazim bəyin müdafiə komitəsinin sədri və bir müddət İdeal qəzetdə redaktor da olmuşdur) və Nazim bəyin işi barədə 1-2 məsələyə aydınlıq gətirmək istədim, təəssüf ki, müsbət cavab ala bilmədim.
Çox keçmədi ki, həmin adam özü çox dardadır.
Ataların bir sözü var, Dünən fərman verən, bu gün can verir!
Yaxşı olardı ki, hər kəs bunu anlasın və bütün bunlar, məncə deməkdə yanılmaram, paxıllığın əlamətidir. Təəssüf ki, bizim millətdə (bir daha təkrar edirəm: sözsüz ki, hər kəsə şamil edilmir, amma təəssüf ki, əksəriyyət belədir) bu xislət parabolanın üst və pik nöqtəsində bərqərar olunub.
Nazim bəy aylıq qəzet yaratdı – İdeal qəzeti, sonradan həftəliyə döndü bu qəzet, daha sonra gündəlik tirajla çıxmağa başladı.
İdeal Press klubun yaradılması, mənəvi dayağa ehtiyacı olan, işlərinə biganə qalmış, məmur atəşinə tuş gəlmiş, aciz, aşağılanmış insanlara qəzeti vasitəsilə köməklik etməsi, artıq xalqın ümid yerinə çevrildiyini görənlər, zatən paxıl olan bu cür məkirli insanlar sözsüz ki, bunu həzm edə bilməzdi.
Tarixin yaddaşında çevrilmiş bir şüar onu tanımadığım dönəmdə İdeal qəzetin 3-cü səhifəsində təmənnasız çağırış edilirdi: "İdeal - hüquqları pozulmuş vətəndaşların ictimai vəkilidi və onlarla tanıdığım insanlar Nazim bəyin hüquqi yardımından təmənnasız bəhrələnmiş və nəticə etibarı ilə hüquqları bərqərar edilmişdi".
Qeyd etdiklərim ordan-burdan topladığım məlumatlar əsasında olanlardı, əminəm ki, bu hələ Nazim bəyin xalqa, millətinə etdiklərinin çoxusu, hamısı deyil. Vəzifə və maddi cəhətdən Nazim bəydən qat-qat üstün olan şəxslər, el dilində desək, qılınclarının arxası və qabağı kəsən, mənəm-mənəm deyən həm məmurlar, həm biznesmenlər və s. Nazim bəyin etdiklərinin heç 1/10-i edə bilmədilər, özlərini xalqa sevdirə bilmədilər, sözsüz ki, belə insana qarşı paxıllıq da olar, böhtan da, iftira da.
Guya arxasında yüksək rütbəli məmurların durduğunu deyənlər, indi özlərinə sual verirlərmi ki, əgər həqiqətən də belə idisə, bəs nəyə görə haqq sözünü deyən insan 11 ildən artıqdır ki, həbsxanalardadır...?
Özlərinə sual ediblərmi ki, bu günə kimi hansı jurnalist əməkdaşı onu anıb, onun barəsində ya mənfi, ya da müsbət bir söz yazıb...?
Budurmu jurnalist etikası?
Budurmu birlik? Budurmu kollektiv iş? Peşəkarlıq? Səriştə?
Mən jurnalist olmasam da, yazdıqlarım faktlara əsaslanmış saf düşüncələrimdi, qələmə almağı qərarlaşdım və hardasa əminliklə deyə bilərəm ki, bir çox özünü jurnalist adlandıran qələm sahiblərindən üstündür yazım, çünki, söhbət insanlıqdan, dürüstlükdən gedir.
Heç kəs unutmasın ki, bu günün sabahı da var. Nazim bəyin azadlığı çoxlarını qorxudur. Bu çox gülüncdür, mənasızdır.
Suçunuz yox idisə, və Nazim bəyə Allahsızllıq edərək bu qədər cəzanın çəkilməsində dəstək oldunuzsa, hansı insanlıqdan, hansı haqq-ədalətdən danışmaq olar?
Düşünürəm, sizinkimilərdən fərqli olaraq görün insan vətənini, xalqını, millətini, düzgünlüyü, dürüstlüyü nə qədər sevməlidir ki, ən gözəl illərini haqq sözünə qurban versin...
Bu halda yalnız Müşfiqlər, Cavidlər, Ruhullalar, Sultanməcidlər və digər repressiya qurbanları yada düşür.
XXI əsrdə də davam edirmi repressiya? Adam inanmaq istəmir...
Nazim bəyin sizinkimilərin qarşısında suçu o idi ki, o nə müxalifət, nə də iqtidar yönlü idi...
Digərləriniz kimi, nə Avropanın şustryakı oldu, nə də hökumətin əlaltısı.
Özü üçün, bildiyi kimi, tam dürüst, haqq sözünü deməklə işlədi, yaratdı və dürüst insanların xəyallarında çox müsbət obraz kimi qaldı və qalacaq.
Onu dəyərləndirməyənlərə heç də ehtiyac yoxdur.
Belələri, mənim zənnimcə, cəmiyyətdə təlxək rolunu oynayanlardı, beləsinə də özünə hörmət edən adamın əsla ehtiyacı olmaz və yoxdur da.
Nazim bəy, heyif illərlə yaşadınız, yaratdınız, lakin bu ...... sistemə, alçaqlıqlara uyğunlaşa bilmədiniz.
Yolunuzu gözləyənlər var, Sizin üçün, qələminiz üçün darıxanlar var, baxmayaraq ki, az da olsa bəzən bizə haqq yazılarıyla mənəvi rahatlıq verirsiniz, lakin azdır, yaşayın, yaradın, Allah-Təala Sizə səbr versin, ətrafdakı vicdansızlara isə insaf!
Tezliklə Sizi aramızda görmək ümidi ilə, fanatınız
NAİLƏ TOFİQ qızı
İDEAL QƏLƏM SAHİBİ NAZİM BƏYƏ İTHAF ETDİM
07.02.2020