Bu gün:


Fransa parlamenti İrana qarşı qətnamə qəbul etdi

Tarix: 29.11.2022 / 09:35  •   Oxundu: 50 dəfə  •  

Fransa parlamentinin deputatları İran əleyhinə qətnamə qəbul ediblər.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırması və İrandan öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi, Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparması tələb edilib.
Fransa qanunvericiləri sözügedən qətnaməni qəbul etməklə, İranın təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı repressiyaları qətiyyətlə pisləyib və bu hərəkətləri ifadə azadlığının zorakılıqla pozulması kimi dəyərləndirib.