Bu gün:


Gələn ilin bayram günləri bilindi

Tarix: 09.12.2022 / 18:58  •   Oxundu: 95 dəfə  •  

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
İDEAL Media.az xəbər verir ki, bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.
Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.