Bu gün:


Ankaradan Moskvaya nüvə ilə bağlı təklif... - KİV

Tarix: 10.12.2022 / 14:51  •   Oxundu: 66 dəfə  •  

Türkiyə ilə Rusiya arasında enerji sahəsindəki əlaqələr gündən-günə güclənir.
Bu barədə “Nyu York Tayms” qəzeti yazıb.
Nəşr bildirib ki, hər iki ölkənin liderləri Türkiyənin Rusiya qazı üçün regional ticarət mərkəzinə necə çevrilə biləcəyini müzakirə ediblər:
“Ankara gələn il istismara verilməsi planlaşdırılan nüvə stansiyasına əlavə olaraq, Rusiya tərəfindən layihələndirilən və maliyyələşdirilən ikinci AES-in tikintisini təklif edir. Türkiyə Avropa, Orta Asiya və Yaxın Şərq arasında mühüm strateji mövqedə yer alır”.
Eyni zamanda vurğulanıb ki, əksəriyyəti Rusiya ilə əlaqəsi olmayan 20-dən artıq neft tankeri İstanbul və Çanaqqala boğazlarından Aralıq dənizinə keçmək üçün icazə gözləyir:
“Türkiyə də tavan qiymətini əsas götürərək dənizdə sığortasız tanker riskinin artdığını söyləyir və əlavə sığorta sənədləri tələb edir”.