Bu gün:


DİLŞAD ƏMİROVA ŞAH DEYİL, KƏBİRƏ MƏMMƏDOVANIN MÜAVİNİDİR!

Tarix: 12.12.2022 / 12:46  •   Oxundu: 152 dəfə  •  

Qanunların sahibi kimdir?

Ədaləti əlində qırmanc edərək qanunu at kimi minib çapanların cibləri niyə dolmaq bilmir?


 "Binə" ticarət mərkəzinin direktor müavini, "Araz avia" firmasının prezidenti, Dilşad Cəmşid qızı Əmriovanın qanunsuz əməlləri barədə tədbir görmək iqtidarında olan dövlət qurumu mövcud deyil. Əgər olsa idi Əmirovanın Bakı şəhərində yerləşən 32 saylı dövlət notariat kontorunda düzənlədiyi (AR-I №074840) saylı saxta etibarnaməyə 10 may 2012-ci il tarixli zaminlik müqaviləsinə 21 yanvar 2011-ci il tarixli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2011-ci il tarixli 1077 saylı rəyinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2011-ci il tarixli, 9980 saylı rəyinə hüquqi qiymət verilərdi. Hətta mövcud qanunsuzluqlarla bağlı Yasamal Rayon Məhkəməsinin hakimi cənab Abbas Rzayevin sorğusunu sabotaj etməzdilər.
 
Dəyərli oxucularımız təkrar bilsinlər ki, baronessa Dilşad Əmirova sabiq milli təhlükə naziri Eldar Mahmudovun inhisarında olan "Azəriqazbank" ASC-yə saxta etibarnamə yolu ilə bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 11, mənzil 24 ünvanındakı mülkiyyəti bir milyon dollara qiymətləndirərək 300.000 ABŞ dolları götürmüşdür, hansı ki, həmin mənzilin qiyməti 200.000 manatdan o tərəfə keçmir. Dilşad Əmirova təkcə mənzili ipotekaya qoydurmur, eyni zamanda həmin mənzil üzrə "Azəriqazbank" ASC ilə zaminlik müqaviləsi imzalayır. Götürdüyü pulu şəxsi məsrəfləri üçün xərcləyən Əmirovanın qanunsuz əməlləri ilə bağlı Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayev xüsusi qərar çıxararaq Yasamal Rayon Prokurorluğuna göndərsə də prokuror Həsrət Pirməmmədov qanunları hüquqa həsrət qoyaraq hüquqi dövlətlə heç bir əlaqəsi olmayan şəxsi korporativ maraqlarına xidmət edən despot qərar çıxarmış, bütövlükdə Dilşad Əmirovanın maraqlarına qarson xidməti göstərmişdir.

  Dişi canavarın qanun üzərində hoqqabazlıqları
 
Vətəndaş N.Quliyev apardığı müc adilədən Eldar Mahmudov vaqeəsinin qəzəb vektorundan D. Əmirovanın özünün dövləti uzantılarından asılı olmayaraq mülkiyyət hüquqlarını bərqərar edir. Nəticə ilə razılaşmayan D.Əmirova zəif şikar axtarışına çıxır və bu dəfə ailə ilə bağlılığından, qohumluq əlaqələrindən yararlanaraq Quliyevin adından istifadə etməklə mülkiyyətində olan  10-VM-444 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobilinin 3 saylı İstintaq Təcridxanasında böyük nəzarətçi vəzifəsində çalışan Fuad Hüseynəliyevin araçılığı ilə sənədləri götürüb sabiq Hərbi Hava Qüvvələrinin komandanı, general Altay Mehdiyevin övladları Ruslan və Vüsal Mehdiyevlərə satmışdır. Bu dəfə də Quliyevin mülkiyyət davası Nəsimi Rayon Məhkəıməsinin hakimi İkram Şirinovun "vicdanlı alıcı" blefləri üzrə simulyasiya edilsə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə xanım Bağırova vicdansızlara yerini göstərmiş və Quliyevin mülkiyyət hüququnu tanımışdır.
 
Dövlət qurumlarının dələduzlar ilə birgə əməkdaşlığı dövlətə xəyanətdir
 
Xanım D.Əmriova baş verənlər azmış kimi bu dəfə qəzəb vektorunu Quliyevin kiçik qardaşı Bəhruz Quliyevin üzərinə yönəldir və onun idarə etdiyi "Audi Q7" markalı 10-RV-002 dövlət nömrə nişanlı avtomobilini yoldan özüqarışıq Eldar Mahmudovun quldur dəstlərinin vasitəsilə oğurlatdıraraq Binəqədi rayon prokurorluğuna gətizdirir. Nə yaşayış, nə iş, nə də həyata keçirilmiş bank əməliyyatlarının ərazisinə daxil olmayan Binəqədi rayon prokurorluğunda Bəhruz Quliyevi Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Emçiyeva sorğu-sual etdirir. Eyni zamanda yanındakı sliahlı-maskalı quldur dəstəsinin təhdidləri üzrə şərt qoyur. "Ailə üzvlərinizin adına olan mülklər yenidən "Azəriqazbank" ASC-yə kreditə qoyulmalıdır, ya da ki, qardaşın N.Quliyev kimi üzünə 5-10 nəfər qəhbə tapıb şərlədəcəyik". Bəhruz Quliyev bütün təhdidlərə baxmayaraq təklifi rədd edir və "Əlinizdən nə gəlirsə edin", cavabını verir. Bu dəfə prokuror köməkçisi Bəsti Emçiyeva universal ssenarinin əsas moderatoru Dilşad Əmirovaya telefon açıb prokurorluğa gəlməsini bildirir.
D.Əmirova Binəqədi rayon prokurorluğunda Bəhruz Quliyevi inandırmağa çalışır ki, göstəriş Milli Təhlükə naziri Eldar Mahmudovundur. Ya sənədə qol çəkməlisən, ya da ki, səni qardaşın Nazim Quliyev kimi şərləyəcəklər. Bəhruz Quliyev kirvəlik qohumluğunda olan D.Əmirovanın səmimimiyyətinə inanır və qardaşı Nazim Quliyevin ipotekadan xilas etdiyi Bakı şəhəri, 28 may küçəsi, 11/24 ünvanındakı mənzilinin yerinə, Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsi 14/18 və Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 5/25 ünvanında yerləşən mənzilini yenidən "Azəriqazbank" ASC-yə ipotekaya qoydurmağa müvəffəq olur.
 
Dayısı qızını dünya malı üçün peşkəş edən baronessanın  məkrli siyasəti
 

Çox keçmir ki, Dilşad Əmirova məkrli niyyətini həyata keçirmək üçün və şikarının zəif olduğunu nəzərə alıb Səbail rayonu, Rəsul Rza 5/25 ünvanındakı mənzilin ipotekada olmasına baxmayaraq qanunsuz satışa çıxartdırır və yaxın qohumu Əliyeva Mədinə Vaqif qızının adına sənədləşdirirlər. Qeyd edim ki, bütün bu mənfur və məkrli ssenarinin həyata keçirilməsində Dilşad Əmirovanın dayısı qızı, keçmiş "OMON" komandiri Tahir Abdullayevin həyat yoldaşı və hazırda da Bakı şəhəri, 23 saylı orta məktəbdə rus dili və ədəbiyyat fənlərindən dərs deyən Abdullayeva Afət Cəlal qızının müstəsna xidmətləri olmuşdur. Hətta Dilşad Əmirova dayısı qızı Afət Abdullayevanı özündən 30 yaş balaca Bəhruz Quliyevlə sevgi əlaqələləri də yarada bilmişdir.
 
Təkcə ortada olan rəsmi dövlət sənədləri ilə yanaşı Dilşad Əmirovanın uzun illər heç bir hüquqi əsası olmadan ehtimal və mülahizələrlə Qalinayanlı Ramiz Mehdiyevin sifarişi ilə girovluqda saxlanılan Nazim Quliyevə yazdığı məktublarda da açıq-aşkar sezilir. Həm də o sezilir ki, Dilşad Əmirova N.Quliyevdən və ailəsindən oğurladığı həmin pullardan onun (N.Quliyevin) şərlənməsi üçün istifadə olunan 12 ədəd ictimai-siyasi fəal qəhbələrin susdurulması üçün ödəyibmiş. 
 
Ümid yeri...
 
Hazırda mövcud kazusla bağlı müraciət dövlət başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, Baş Prokuror cənab Kamran Əliyevin, Dövlət Təhlükəszlik Xidmətinin rəisi cənab Əli Nağıyevin, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun nəzarətindədir. 
 
Ümid edirik ki, qanunları qorumağa məsul edilmiş orqanları qanunqarışıq alıb-satan Dilşad Əmirova bu dəfə qanunun yiyəsiz olmadığını dərk edəcək və vətəndaşaların deformasiyaya uğratdığı fundamental konstitusion hüquqları nəhayət ki, tanıyacaq və hətta onu anlayacaq ki, bu ölkədə heç də hamı rüşvətə həsrət qalmış həsrət pirməmmədovların, bəsti emçiyevaların yolu ilə getmir, vətəndaşı, dövləti, xalqı tanıyır və eyni zamanda Prezidentin vətəndaş məmnunluğu, ümummilli maraqlara söykənən məqsədyönlü siyasətini qəbul edir və dəstəkləyir. 
 
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edir.

PS.Məqalədə adları çəkilən şəxslərin söz haqqını tanıyırıq

Lalə Əlizadə