Bu gün:


NAZİM QULİYEV: Əgər hüquqi dövlətdə yaşayırıqsa ?!

Tarix: 10.07.2021 / 19:30  •   Oxundu: 303 dəfə  •  

Bir çox keçiləsi mümkün olmayan arqument və faktlar vardır ki,bu qədər gözləməyi göz altına aldım.

Lakin, dəyər verdiyin,yolunu gətirdiyin,hörmət etdiyin haqqı və ədaləti deyil,yala hürən "vəkil" statuslu sfinkterlərin və yaxud da aylıq haqq verdiyi Orqanların  "vecivədə alma" tabularına arxalanıb etinasızlıq nümayiş etdirirsə autentik hissimizə və qanunlarımıza ehtiramla müraciət edirik.

1.Hakimiyyətdəki erməni kökənli,erməniyanlı Razmikin sifarişi, istismar etdiyi marginal orqanları və arsenallarındakı 12 ədəd şərin dişilərilə Mənə-Qarabağ Qazisinə,1-ci qrup Əlil və Şəhid Ailəsinin rəsmi qəyyumçusuna,Ölkədə ilk və son,Xalqın bütün aztəminatlı cameəsinə təmənnasız xidmət göstərən müstəqil Mətbuat Klubunun (İdeal Press Klub) Prezidentinə, hər kəsi öz adıyla çağıran,heç bir kriminal konsentrik dairənin hakimiyyət resurslarına baxmayaraq ayağına gətirdən İDEAL Qəzetin qurucusu və baş redaktoruna qarşı iftira krujevaları düzənlənərkən təkcə azadlığım deyil,mülkiyyət hüquqlarımda DÖVLƏT adından işğal edilmişdir.

2.Bakı Şəhəri,28 may küçəsi,ev 11,mənzil 24 ünvanındakı mənzilim xəbərim və razılığım olmadan  Bakı Şəhəri,32 Saylı Dövlət Notariat Kontorunda AR-1-074840 "Etibarnamə" üzrə adımdan imza edilərək Reyestrdə 7E-5/2033 nömrə ilə qeydə alınmış və başqasının adından saxta imza edilmişdir.

3.Mülkiyyətim Milli Təhlükə Naziri Eldar Mahmudova məxsus,bacısı Səkinə Mahmudovanın müşahidə şurasının üzvü olduğu "Azəriqazbank" ASC-yə ipotekaya qoyulmaqla 300.000 (Üç yüz min) ABŞ dolları zamin- "Binə" Ticarət Mərkəzinin direktor müavini, "araz-avia" firmasının prezidenti Əmirova Dilşad Camşidovna tərəfindən götürülmüşdür.

   AG Bankdan 300.000 ABŞ dollarını Şəxsən Dilşad Əmirova götürür.

❗️VƏ BÜTÜN  ETDİKLƏRİ  BARƏDƏ  ÖZ  DƏSTİ  XƏTTİLƏ  YAZIB  ETİRAF  ETDİKLƏRİ  ÖLMƏYİB.

   D.Əmirova Zamin durur!?

📍D.Əmirova Penitensiar Xidmətin 2 Saylı İstintaq Təcridxanasında böyük nəzarətçi vəzifəsində çalışan Fuad Hüseyinəliyev vasitəsilə adımdan istifadə edərək 140.000 manata "Binə" Ticarət mərkəzində 3 ədəd-50-50-40,ümumilikdə 140 kvadrat metr dükanın sənədlərini aldadaraq götürüb hazırda 2 Saylı İT-ın rəisi Əliyev Cəlil Misir oğluna satmışdır.

   Alqı-satqı bazarlıqları Mənə məxsus ofisdə həyata keçirilmişdir.

⁉️D.Əmirova Nizami-102 ünvanında yerləşən qeyri-yaşayış obyektimi yaxın qohumu,hazırda T.Həsənov adına 23 Saylı tam orta məktəbin rus dili müəlliməsi Abdullayeva Afət Cəlal qızının araçılığı ilə satdırıb BCQMİ-nə (Banditizm) rüşvət olaraq verdiyini iddia edir!?

📍D.Əmirova ipotekadan xilas etdiyim 2 mənzillərimi yenidən Eldar Mahmudovun bankına ipotekaya qoydurub və girovluqda olan mülkümü Əliyeva Mədinə Vaqif qızının adına qanunsuz şəkildə, MTN-in quldur dəstəsi və Binəqədi Rayon Prokurorunun köməkçisi Bəsti Emçiyevanın əsas moderatorluğu ilə ələ keçirirlər.

‼️Bu və ya daha çox arqumentlər-faktların araşdırılması və hüquqi qiymət verilməsi amacıyla olunan müraciətlər bu günə kimi HMO-nun gəlirli yem bazasına çevrilmişdir.
📍D.Əmirova Razmikin və satellitlərinin Dövlət idarəçiliyini şəxsi korporativ maraqları kontekstindən və Mənimlə qohumluq əlaqələrindən (kirvə) istifadə edərək,ilk işini Bakı Şəhəri,Nəsimi Rayonu 28 May küçəsi 11,mənzil 24 ünvanından başlayır.

❗️Xanım Əmirova Mülkiyyətimin sənədlərini adımdan xəbərim və razılığım olmadan götürür və Bakı Şəhəri,Binəqədi Rayonu 32 Saylı Dövlət Notariat kontorunun "dövlət notarusu" Mirzəyev Ziyafət Sabir oğlu ilə əlbir olub 02.04.2009-cu ildə AR-1-074840 Saylı  "ETİBARNAMƏ" tərtib etdirir və adımdan imzalayır⁉️

Ümumi dəyəri 150.000 manat olan mülkümə Eldar Mahmudova  məxsus  "AG Bankda"  1.000000 manat qiymət qoydurur və istədiyi pulu çəkməkdən ötrü 10 May 2012-ci ildə ZM-4117 Saylı ZAMİNLİK  MÜQAVİLƏSİNİ  imzalayır.

❗️AG Bank bunun əvəzində D.Əmirovaya  300.000 ABŞ dolları verir⁉️

📍Dilşad Əmirova bankdan götürdüyü pulun aylıq kreditini 2 ay ödəyir və sonra universal ssenari üzrə ödəməkdən imtina edir.⁉️

⁉️Bu xəbəri sahibsiz ruhların dolaşdığı 8 Saylı konslagerdə eşitdim və inam otağıma baş verənləri 7 gün sala bilmədim.

Bu qədər vara-dövlətə malik olan məşhur baronessa nədən 2000-ci ildən Mənə Atamın pay etdiyi mülkə tamah salsın❓

✅Hökumətin Məni müdafiə edənlərə qarşı həyata keçirdiyi inkvizisiyalardan xəbərdar idim və sutenerin dezinformasiyaları,kütlə şüurunada ən çox "müxalifət" adlı pritonda bəslədiyi şenok medialarından yayınlanırdı.

Yayılan dezinformasiyalar əslində MTN-in bilavasitə araşdırma məsuliyyəti yaratsada susurdu.

Hətta şəxsimdə etdiyim onlarla şikayətimin fonunda dilsiz şeytana çevrilirdi.

Çün ki, şenok mediasının başına zəncir salıb oxudanda,çaldıranda,oynadanda məhz MTN-in özü idi.

Məsələn,o zaman barəmdə 12 ədəd istismar müddəti bitmiş son dərəcə əxlaqsız QıF-ın ağzı üzrə kütlə şüuruna sırınırdı ki: "...PKK-nı təbliğ edir; APO-la 4 dəfə telefon danışığı olub; Görədil kəndində 500 nəfərlik silahlı birləşməsi var;..."⁉️

📍Mülkiyyət hüquqlarımın bərqərar olunması istiqamətində konslagerdə mübarizə aparmaq çətin və çox çətin idi.Çünki bu məkanda paqonlu-paqonsuz hər kəs qaranlıq dünyada özlərini "xoşbəxt" sanırdı.

8 Saylı konslagerdə 150 nəfər şalvarlı olsada ən yaxşı halda 20 nəfər normal adam tapmaq olardı.

Bu məkanda qələm-kitab ən çox nifrət edilən düşüncələrdən biri idi.

Bəhram Qurbanov adlı rəislə danışmaq,başa salmaq  4 dəfə Xəzər dənizində boğulub ayılmaq qədər müdhiş idi.

Qanun adı altında qanunları çeynəyən rəis razı salmağa çalışırdı ki,burdan göndərilən məktubları heç kəs oxumur və cırıb atırlar.

Məndə izah etməyə çalışırdım ki,eybi yox heç olmasa onların zibil qabları erotik vasitələrlə,narkoşpristlərlə yanaşı kağızlarlada zəngin olar.

Bir sözlə məktubların konslagerdən çıxışı əvvəlcə gizlin olsada 3-4 aydan sonra 8 Saylı konslagerdə avtoritar ölkənin bazisi quruldu.

Heç bir məktub bağlana bilməz və senzurasız mümkün deyildi.⁉️

"Mülki  İddia" Bakı Şəhəri,Yasamal Rayon Məhkəməsi,Hakim Abbas  Rzayevin icraatına verildi.

Azərbaycan tarix boyu repressiv dövr yaşayıb.

Dövlətin taleyi,öz taleyinə məsul ola bilməyən virusların ağlı və ağızları ilə kütlə şüuruna anti-təkamül dövrü yaşadıb...

⁉️Əxlaqında,venozunda çox ciddi problemləri olan,mavilər və çəhrayılalar ekspert,aparıcılıq missiyası ilə yüklü edilib Xalqın mənəviyyatlı kəsiminin ömürlərini qısaltmaqda böyük pay sahibinə çevrilmişlər.

❗️İdarəetmə strukturlarına xüsusilə qanadlı-quyruqlu dəvəquşular pərçimləyiblər ki, başları həm qumda,həm paçada olanda bir-birilərinə güzgü tuta bilsinlər....!?

✅Tragikazus dünəni,bu günü olan hüquq mühafizə orqanlarını istədiyi vaxt alıb-satan "Binə" TM-nin direktor müavini Dilşad Əmirovanın törətdiklərinin 1 faizini hansısada ləyaqətli-kasıb birisi törətsəydi,ən yaxşı halda Faina kimi Qobustan həbsxanasında öldürər və yaxud da Lamiyyə Quliyeva kimi uşaq doğuzdurardılar.

✅32 Saylı DNK-da tərtib olunmuş 02.04.2009-cu il tarixli,AR-074840 Saylı saxta etibarnamə əsasında mülkiyyətimi AG Banka ipotekaya girov qoyub 300.000 ABŞ dolları məbləğində kredit götürmüş ZAMİN-Dilşad  Əmirovanın əməlləri de-fakto,de-yure sübut olunsada,Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin hakimi hörmətli Rzayev Abbas Əhəd oğlu Vəsatətimi təmin edərək Dilşad Əmirovanın Məhkəmədə iştirakını, AG Bankda pulu götürərkən video kaybların təqdim edilməsi məsuliyyəti üzərinə qoyulsada rüşvət qarşısında Kim Kardaşiyanlıq edənlər qərarı icra etməmişlər!

✅Erməni girovluğunda ehtimal və mülahizələrlə azadlıqda qalmış pencəyimin ciblərinə 700 ədəd Polisin iştirakı ilə narkotika atılsada,Qanımın 4 neytral zonada analiz cavabları,qansızları məyus etsədə,Ramiz Mehdiyevin irsini yaşadan, dönməzlik rəmzi M.Ə.Rəsulzadə adıyla alver edən medallı şansanetkalar 3 yıl gecə-gündüz kütlə şüuruna fahişə qeybəti sırımağa çalışsalarda MÜLKİYYƏT  HÜQUQUM BƏRQƏRAR OLDU.

❗️İŞ-2(004)-286/11 saylı, 08.08.2011.❗️

⁉️Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 iyul 2011-ci il tarixdə qəbul edilmiş "RƏY" üzrə Məhkəmənin çıxardığı "Xüsusi qərar"  Yasamal Rayon Prokurorluğuna, prokuror həsrət pirməmmədovun ünvanına göndərilir.

Qanunu hüquqa həsrət qoymuş pirməmmədovun kriminal qərarı dövlətçilik İdeallarını məyus etsədə....⁉️