Bu gün:


Ərdoğan nə qədər maaş alır?

Tarix: 14.12.2022 / 21:55  •   Oxundu: 105 dəfə  •  

Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı bəzi açıqlamalar verib.
Türkiyə mediası xəbər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı sualı cavablandıran Oktay "2022-ci il büdcəsində Prezidentimizin aylıq maaşı cəmi 66 min 445 TL-dir (6 min 60 azn). Bu tarixdən bəri Prezidentimizin maaşında heç bir artım olmayıb", - deyə bildirib.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qurumların 2023-cü il büdcəsi qəbul edilib.