Bu gün:


Ərdoğan Kiprdə "5 yaxşı xəbər" verəcək - Afina təşvişdə

Tarix: 19.07.2021 / 11:02  •   Oxundu: 142 dəfə  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr səfəri öncəsi ardarda verdiyi açıqlamalar gündəm yaradıb və saysız-hesabsız ehtimalların üzə çıxmasına səbəb olub.

İDEAL Media.az xəbər verir ki, ötən gün Rəcəb Tayyib Ərdoğanın Kiprdə "iki müjdə verəcəyi" bildirilirdisə, Yunanıstanın “Ethnos” jurnalında dərc olunan məqalə “Ərdoğanın Kiprdə elan edəcəyi 5 yaxşı xəbər" başlığı ilə yayımlanıb.

Məqalədə ehtimallar belə sıralanıb:
1. Prezident Ərdoğan Azərbaycanın Şimali Kiprlə diplomatik əlaqələrə başlamaq qərarını elan edəcək;

2. Ərdoğan səfəri zamanı yenidən Qapalı Maraşı ziyarət edəcək. Yunanların Maraşdakı evləri ilə əlaqədar Daşınmaz Əmlak Komissiyasına müraciət etmələri üçün addım atılacaq və bölgədə bu istiqamətdə yeni təşəbbüslər meydana gələcək;

3. Prezident Ərdoğanın Famaqusta yaxınlığında yeni bir dəniz bazasının inşası ilə bağlı xəbər verəcək;

4. Keçidqaladakı daimi hərbi bazada PUA üçün baza yaradılacaq;

5. Ərdoğan Kipr yaxınlığında qaz yatağı kəşf edildiyini elan edəcək. Çünki türk qazma və tədqiqat gəmiləri keçən il Kipr sahillərində bir sıra qazma və seysmik tədqiqatlar həyata keçirib.

Bu ehtimallar yunanları ciddi narahat etməkdədir.

Qeyd edək ki, Ərdoğan Şimali Kiprə 20 iyulda səfər edəcək.