Bu gün:


Güləşçilərimiz ilin son yarışına türklərlə birgə hazırlaşır

Tarix: 07.12.2020 / 15:32  •   Oxundu: 91 dəfə  •  

Dekabrın 12-dən 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku keçiriləcək.
Yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə yığmamız Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışı keçir. Qardaş ölkənin milli komandası ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb. 
Komandamız baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək. Komanda Ankaradan birbaşa Belqrada yola düşəcək.
Qeyd edək ki, ilin son yarışı olacaq Fərdi Dünya Kubokunda sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaqlar.