Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal dünyada böyük savaş başlayır
Tarix: 23.09.2020 / 23:12 •
Oxundu: 258 dəfə •
Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı, 2013-cü ildə kriminal iyerarxiyanın ali tituluna layiq görülən və hazırda Lotu Qulininin klanına liderlik edən Namiq Səlifovun (Namiq Bakinski) yaxın günlərdə rəqiblərinə qarşı hücuma keçəcəyi barədə məlumat vermişdik.
idealmedia.az xəbər verir ki, o, artıq bu istiqamətdə ilk addımını atıb. Namiq Bakinski Lotu Quli və onun klanının əsas rəqiblərindən olan başqa bir azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (Albert Rıjıy) “qanuni oğru” titilundan məhrum edib. Rusiya KİV-ləri Namiq Bakinski və rəhbərlik etdiyi qurplaşmaya daxil olan “qanuni oğru”ların imzaladağı “proqon”un fotosunu yayıb. “Proqon”da qeyd edilir ki, Moskvada yaşayan Albert Rıjıy özünü “qanuni oğru” kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin (FTX) adamıdır. Bu baxımdan, məhkumlara onu “qanuni oğru” kimi qəbul etməmək tapşırılır.
Namiq Bakinskinin hücuma Alber Rıjıdan başlaması təsadüfi deyil. Adıçəkilən şəxslər hələ 2014-cü ildə üz-üzə gəlmişdilər. Həmin ilin martında Sankt-Peterburq polisi Əli Heydərova qarşı düzənlənən sui-qəsdin qarşısını almışdı. Həmin vaxt iddia edilirdi ki, sui-qəsdin icraçısı İlham Hacıyev Nadir Səlifova yaxın şəxsdir.
O zaman Türkiyənin Ədirnə şəhərində Namiq Bakinski və Lotu Quliyə yaxın digər kriminalitetlərlə Albert Rıjı arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi. Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjını “qanuni oğru” titulundan məhrum ediblər.
Bir ay sonra isə Əli Heydərov Sankt-Peterurq polisi tərəfindən həbs soyğunçuluq, dələduzluq, qanunsuz sərhədi keçmə ittihamları ilə həbs edilib. Əli Heydərov bu ittihamlarla 7 il azadlıqdan məhrum olunub. Cəzasını çəkmək üçün ciddi rejimli həbsxanaya göndərilib. 2017-ci ildə isə Lotu Quliyə qarşı olan Sankt-Peterburqun “qanuni oğru”ları onun titulunu geri qaytarıblar.
Əli Heydərov həbsdən çıxdıqdan sonra isə gürcü əsilli “qanuni oğru” Badri Koquaşvili ilə görüntülənib. Həmin vaxt Koquaşvili ilə Lotu Quli arasında münasibətlər heç də yaxşı deyildi. Gürcü əsilli “qanuni oğru” Lotu Qulinin tituldan məhrum edilməsi üçün çaba göstərirdi. Səbəb isə başqa bir gürcü əsilli “qanuni oğru” Quram Çixladzenin (Kvejoviç) Nadir Səlifovun qarşısında vurulması idi. Badri Koquaşvili Lotu Qulini bu məsələyə laqeyd yanaşmaqda ittiham edirdi. Əslində isə Kvejoviç Nadir Səlifovla saymazyana danışdığı üçün ikincinin yaxın adamı olan Arman Cumagəldiyev (Arman Dikiy) tərəfindən vurulmuşdu. Cumagəldiyev Çixladzenin vurarkən onun “qanuni oğru” titulu daşıdığından xəbərsiz olub. Yalnız Nadir Səlifovun müdaxiləsindən sonra ona aydın olub ki, Kvejoviç də “qanuni oğru”dur. Badrı Koquaşvili və bu məsələdə onu dəstəkləyənlər isə Lotu Qulinin Arman Cumagəldiyevi cəzasız qoyduğu üçün “qanuni oğru” titulundan mərhum olunmasına təkid edirdilər. Lakin bununla bağlı keçirilən “sxodkalarda” Nadir Səlifov qalib gəldi. Əksinə, Çixladze və Koquaşvilinin titulları şübhə altına alındı.
Rusiya KİV-ləri yazırdı ki, əslində baş verənlərin arxasında Lotu Qulinin kriminal dünyaya təsir imkanlarının getdikcə artdığı və MDB məkanında bir nömrəli “qanuni oğru”ya çevrildiyini həzm edə bilməyən Zaxari Kalaşov (Şakro Molodoy) dayanır. Şakro Molodoy Rusiyada həbsxanada olsa da, çölə təsir imkanları kifayət qədərdir.
Albert Rıjının Koquaşvili ilə görüntülənməsi isə onun həm də Şakro Molodoyla eyni cəbhədə olduğunu göstərirdi. Digər tərəfdən, Əli Heydərov həbsdən çıxanda mətbuatda yazılırdı ki, o, Lotu Quli və onun klanına qarşı savaşa cəlb oluna bilər. Hətta onun bu savaşda Şakro Molodoyu əvəz edəcəyi iddia edilirdi. Güman ki, Namiq Bakinski bu amilləri nəzərə alaraq hücuma Əli Heydərovu tituldan məhrum etməklə başlayıb. Bu Lotu Qulinin qətlindən sonra kriminal dünyada gözlənilən böyük savaşı daha da sürətləndirə bilər.