Kəmaləddin Heydərov Türkiyəyə yola düşüb
Tarix: 20.12.2022 / 19:46 •
Oxundu: 78 dəfə •
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyə Respublikasına səfərə yola düşüb.
FHN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.