Bu gün:


Naxçıvanda general vəzifəsindən azad edildi

Tarix: 27.12.2022 / 19:21  •   Oxundu: 70 dəfə  •  

Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
Kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.
Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.