Bu gün:


Ronaldo villasına işçilər axtarır - Təklif etdiyi maaşı açıqladı

Tarix: 29.12.2022 / 19:55  •   Oxundu: 114 dəfə  •  

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vətənindəki villasına işçilər axtarır. Villa Atlantik okeanı sahilində, Kaskais şəhərindədir.
İDEAL Media.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, Ronaldo bağban, aşbaz və qulluqçular olmaqla 4 işçi axtarır. Təklif edilən məvacib isə 6 min avrodur. Bildirilir ki, işləmək istəyən şəxslər Ronaldonun təqdim etdiyi gizlilik müqaviləsini imzalamalıdır.
Qeyd edək ki, Ronaldo həmin villa üçün 18 milyon funt sterlinq xərcləyib. Bu, Portuqaliyanın ən bahalı mülki hesab edilir. Üç mərtəbəli villanın sahəsi 2720 kvadratmetrdir