Bu gün:


İranda etirazçılar edam edildi

Tarix: 07.01.2023 / 14:32  •   Oxundu: 64 dəfə  •  

İranda iğtişaşlar zamanı hüquq-mühafizə orqanının əməkdaşını öldürməkdə təqsirləndirilən iki nəfər edam edilib.
Bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Məlumata görə, edam olunan Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etirazları yatıran "Bəsic" üzvü Seyid Ruhullah Əcəminin qətlində təqsirli biliniblər.