Bu gün:


Müharibə iştirakçısı qətlə yetirildi

Tarix: 12.01.2023 / 10:12  •   Oxundu: 75 dəfə  •  

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, illin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.
R.Apayev müharibə iştirakçısıdır.
Araşdırma aparılır.