Bu gün:


Səmada 800 ildən bəri ilk dəfə fenomenal hadisəni müşahidə etmək mümkün olacaq

Tarix: 08.12.2020 / 10:49  •   Oxundu: 99 dəfə  •  

Dekabrın 21-də fenomenal astronomik hadisə baş verəcək: 800 il ərzində ilk dəfə Yupiter və Saturn planetləri minimum məsafədə bir-birlərinə yaxınlaşacaq və parlaq bir “ikiqat planet” meydana gətirəcək.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Günəş sistemindəki ən böyük planetlərin yaxınlaşması nəticəsində meydana çıxacaq “Beytləhm (Vifleyem) ulduzu”nu gün batandan sonra dünyanın hər yerindən görmək mümkün olacaq.
Hələ 17-ci əsrdə alman astronom İohann Kepler İncildə bəhsi keçən “Beytləhm Ulduzu”nun göydəki üç planetin - Yupiter, Saturn və Veneranın birləşməsi nəticəsində meydana çıxdığını iddia edib.
2020-ci ildə Venera “tamaşaya” qatılmayacaq, bu mənzərəni nisbətən kənardan “izləyəcək”.
Növbəti dəfə Yupiter və Saturn 60 ildən sonra – 2080-ci ildə səmada bu qədər yaxınlaşacaq.